YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Bu layihə vaxt və məsafə baxımından ən sərfəli imkanları təqdim edir

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyəti tarixi “İpək Yolu” üzərində vaxt və məsafə baxımından nəqliyyatçılarımız üçün ən sərfəli imkanları təqdim etməsindədir. Sürətli qatar xətlərimizin hamısının istifadəyə verilməsindən sonra Çindən gələn yük Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Orta Dəhliz vasitəsilə 12-15 gündə Avropa İttifaqı ölkələrinə çatacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində bu barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionun nəqliyyatdan ticarətə, turizmdən enerjiyə qədər böyük potensiala malik olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Türkiyə xüsusilə son 15 ildə yatırdığı sərmayələrlə bu potensialı reallaşdırmağa çalışır.

Türkiyə Prezidenti deyib: “Bu günədək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamı olaraq, bir çox xidməti xalqımızın istifadəsinə verdik. “Marmaray” sürətli qatar xətlərinin inşası, mövcud dəmir yolu xətlərinin yenilənməsi, İstanbulda inşa etdiyimiz və üzərindən dəmiryol xəttinin də keçəcəyi üçüncü körpü bu layihələrdən bəzilərdir. Yatırdığımız bu sərmayələrlə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin üstünlüyünü və cəlbediciliyini daha da artırdıq. Azərbaycanın Ələt limanı ilə də yalnız üç ölkəni deyil, bütün Orta Asiya respublikalarını Qərb nəqliyyat marşrutlarına bağlayırıq. Eyni qaydada Türkmənistanın Türkmənbaşı limanı, Qazaxıstanın Aktau limanı vasitəsilə Avropaya çıxışını təmin edirik”.