YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Əhmədoğlu: Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi başlayıb

«Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi başlayıb. İyulun sonu avqustun əvvəlində qoşunların təmas xəttində baş verən hərbi insidentdə erməni tərəfinin məğlubiyyəti Ermənistanın ictimai-siyasi mühitində yeni strukturlaşma əmələ gətirib».  Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M. Əhmədoğlu bildirib ki, Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan başa düşür ki, ABŞ və Rusiyanın üz çevirdiyi Serj Sarkisyan uzun müddət hakimiyyətdə qala bilməyəcək.  

Politoloq ATƏT-in Minsk qrupunun Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfərinə səssiz qalmasına da münasibət bildirib. «Serj Sarkisyan və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində eyni mövqedən çıxış edirlər. Serj Sarkisyan ATƏT-in Minsk qrupunu aldadıb ki, onların xətti ilə münaqişənin tənzimlənməsinə razılıq verəcək. Guya onun Dağlıq Qarabağa səfər etməsində məqsəd oradakı ermənilərin başına ağıl qoymaqdır»- deyə, M.Əhmədoğlu qeyd deyib.