YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan gəncləri ictimai-siyasi proseslərdə aktiv iştirak edir

«Dövlət gənclər siyasətinin nəticəsi olaraq Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində nüfuzlu universitetlərdə təhsil alır, respublikamızı çoxsaylı regional, beynəlxalq tədbirlərdə layiqincə təmsil edir, respublikanın hərtərəfli inkişafına öz töhfəsini verir». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Onun sözlərinə görə, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.

«Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Görülən işlər öz bəhrəsini verir və Azərbaycan gəncliyi mühüm uğurlar qazanır. Gənclər geniş dünyagörüşünə malik olmalı, Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Onlar bu yolda qətiyyətlə davam etməlidirlər»- deyə, millət vəkili qeyd edib.