Xəbərlər
Prezident İlham Əliyev bir qrup kənd təsərrüfatı işçisini təltif edib

Prezident İlham Əliyev oktyabrın 28-də “Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 13 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.