YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib

«Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında birləşdirib». Bu fikri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov bu gün YAP Nəsimi rayon təşkilatının X konfransında çıxışı zamanı deyib.

Əli Həsənov bildirib ki,    25 il ərizində partiyamız Azərbaycanın tarixinə biri-birindən əhəmiyyətli uğurlar yazıb. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin qətiyyəti, Azərbaycan xalqının Onun ətrafında birləşməsi və Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizi 1990-cı illərin əvvəlindəki çətin, ağır vəziyyətindən çıxarıb.

«Məhz həmin möhkəm təməl üzərində bu gün müstəqil Azərbaycanımız biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünyanın diqqətini özünə yönəldir. YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. 1993-cü ildən bu günə qədər keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində iştirak edərək qalib olmuşuq. Qaliblər mühakimə olunmur. YAP ilk gündən milyonların sevgisini qazanaraq öz sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Partiyamız bu gün də Ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyamızın uğurları getdikcə daha da artır»-deyə, Əli Həsənov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv