YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası qadın sahibkarlığının inkişafında mühüm rol oynayacaq

«Ölkəmizdə sahibkarlığın inkişafı Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir». Bu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər sırasında sahibkarlara dəstək vacib yer tutur. Onun sözlərinə görə, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə baxılması sahəsində apellyasiya şuralarının yaradılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi və digər dövlət dəstəyi tədbirləri özəl sektorun inkişafında xüsusi rol oynayır.

 «Sahibkarlığın inkişafında qadın sahibkarların da rolu vacibdir. Dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin icrası çərçivəsində yaradılan Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası da  qadın sahibkarlığının inkişafında, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayacaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkənin ixrac imkanlarının genişləndirilməsi, qadınların sahibkarlıq sahəsində fəallığının artırılması baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcək»- deyə, nazir müavini vurğulayıb.