YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanın Azərbaycandakı səfiri: Qazaxıstan BTQ ilə hərəkət edəcək ikinci yük qatarını hazırlayır

Qazaxıstan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlayıb.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev brifinq zamanı deyib.

Onun sözlərinə görə, ikinci qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək.

Səfir həmçinin xatırladıb ki, bir neçə gün əvvəl Qazaxıstandan Türkiyənin Mersin şəhərinə BTQ vasitəsilə taxıl aparan birinci yük qatarı yola salınmışdı.