YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qeorqi Qaxariya: Əminəm ki, BTQ regionda inkişafa, təhlükəsizliyə və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək

Bakı-Tbilisi-Qars dəmir yolu təkcə üç ölkəni – Azərbaycan-Gürcüstan və Türkiyəni deyil, Çindən Avropaya qədər daha böyük coğrafiyanı birləşdirəcək.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya söyləyib.

Nazir deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə 2008-ci ildə başlanılıb və artıq bu xətt istifadəyə hazırdır. Yaxın günlərdə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərarası sazişi əsasında tikilən bu dəmir yolunun rəsmi açılışı olacaq. Əminəm ki, bu layihə regionda inkişafa, sülhə, təhlükəsizliyə və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək”, - deyə Q.Qaxariya vurğulayıb.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi işə düşdükdən sonra Avropa ilə Asiyanı birləşdirəcək yeni dəmir yolu marşrutu yaradılacaq.