YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT rəsmisi: Bakı Şopinq Festivalı bütövlükdə region üçün xüsusi əhəmiyyət kəsb edir

Bakıda Şopinq Festivalın keçirilməsi çox yaxşı ideyadır. Bu festival Azərbaycana hər baxımdan xeyir gətirəcək.

Bu sözləri festivalın saytına BMT-nin Ticarət və İnkişaf Şurasının (UNCTAD) investisiya siyasəti üzrə direktoru Weber Joerg deyib.

“Biz Bakı, şopinq və festival sözlərini yanaşı qoysaq, sonda bu üç tərəfin qalib gəldiyinin şahidi olacağıq. Bakı çox gözəl şəhərdir. Burada şopinq etmək üçün yaxşı imkan var. Şopinq festival çərçivəsində mal və xidmətlərin satılması böyük fürsətdir”, - deyə W. Joerg qeyd edib.

Onun sözlərinə görə, Bakıda şopinq festivalının keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün xüsusi əhəmiyyət kəsb edir: “Festival müddətində Bakıya gələn turistlərin sayı əhəmiyyətli dərəcədə arta bilər. Bakı həm öz mədəni irsini turistlərə tanıda, həm də regionda necə böyük bir potensiala sahib olduğunu göstərə bilər. Ümumilikdə, Bakıda bu cür festivalın keçirilməsini çox yüksək qiymətləndirirəm”.

DİGƏR Xəbərlər Arxiv