YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycanda təhsilin bütün pillələrində inkişaf dinamikası nəzərə çarpır

“Azərbaycanda təhsilin bütün pillə və səviyyələrində inkişaf dinamikası nəzərə çarpır”. Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Azərbaycanın dinamik inkişafının əsasında duran fundamental amillərdən biri intellektual resursların səfərbər olunması, elm və təhsilin tərəqqisinin institusional əsaslara söykənməsidir.

“Təhsilin inkişafı, təhsilin yeniləşməsi, onun daha aydın hədəflərinin müəyyənləşməsi və bu hədəflərə çatmaq istiqamətində səylər göstərilməsi bütövlükdə Azərbaycanın inkişafının fundamentlərini təşkil edir. Nəticə etibarilə bu onu göstərir ki, Azərbaycan inkişafın yeni mərhələsindədir. Milli inkişaf təmin edən ayrı-ayrı sahələrin sürətli tərəqqisi ölkəmiz qarşısında yeni perspektivlər açır. Bu şəraitdə inkişafın milli modelini formalaşdırmış Azərbaycanın tərəqqisi üçün çağırışlar və tələblərə adekvat cavab verilməsi zamanın tələbi kimi çıxış edir”- deyə, deputat vurğulayıb.