YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maksim Kuryaçiy: AŞPA-da Azərbaycan əleyhinə səs verən ukraynalı deputatlar müxalifət ritorikası üzrə ixtisaslaşanlardır

Azərbaycan ilə Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərini heç bir qüvvə poza bilməz, strateji məsələlərdə bizim mövqelərimiz eynidir. Biz azərbaycanlı həmkarlarımızı dəstəkləməkdə davam edəcəyik.

Bu fikri Ukrayna Ali Radasının bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə qəbul olunan qərəzli qətnamələrin lehinə səs vermələrini şərh edərkən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

M.Kuryaçiy bildirib ki, Azərbaycan və Ukrayna, ilk növbədə, qarşılıqlı şəkildə ölkələrin dövlət suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

“AŞPA-nın sessiyasında Azərbaycan əleyhinə qəbul olunan qərəzli qətnamələrin lehinə Ukrayna nümayəndə heyətindən cəmi bir neçə deputat səs verib. Həmin deputatlar isə Ali Radada çoxluq təşkil edən koalisiyanın üzvləri deyil və müxalifət ritorikası üzrə ixtisaslaşan parlamentarilərdir”, - deyə M.Kuryaçiy əlavə edib.

Ali Radanın deputatı hesab edir ki, həmin parlamentarilərin bu mövqeyi ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlərdə gərginlik yaratmayacaq.

“AŞPA-da hakimiyyətə müxalifətdə olan deputatlar da var. Azərbaycanın əleyhinə səs verən Ali Rada nümayəndələri daxili siyasətdən qaynaqlanaraq bu addımı atıblar. Antiazərbaycan qətnaməsinə səs verən Ukrayna deputatlarının mövqeyi Ukrayna dövlətinin rəsmi mövqeyini əks etdirmir. Onlar yalnız Ali Radada təmsil etdikləri siyasi qüvvələrin fikirlərini ifadə edirlər”, - deyə M.Kuryaçiy vurğulayıb.