YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Ölkəmizi daha uğurlu perspektivlər gözləyir

«Azərbaycanın zəngin karbohidrogen ehtiyatlara malik olması və bundan səmərəli istifadə etmə təcrübə əldə etməsi D-8 tərəfləri üçün cəlbedicidir». Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, bu baxımdan, sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması Azərbaycanın milli və dövlətçilik maraqlarının qorunması siyasətini daha da möhkəmləndirib.

«D-8 ölkələri əmindirlər ki, Azərbaycana çatacaq mənfəət, yeni kontraktdakı digər mühüm səmərəli şərtlər yaxın gələcəkdə ölkəmiz üçün yeni-yeni inkişaf formulası yaradacaq. D-8 təşkilatının strateji məqsədlərindən biri də məhz üzv ölkələrin təbii zənginliyindən milli və dövlətçilik maraqları naminə səmərəli istifadə etmək, əhalinin rifahını yüksəltməkdir. Dövlətimizin başçısının  dediyi kimi Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu mənada ölkəmizi daha uğurlu perspektivlər gözləyir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv