Xəbərlər
Urmas Paet: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Estoniya Xarici İşlər Nazirliyi diplomat Yaap Oranı Bakıya səfir göndərib. Səfirin vəzifəsi Estoniya ilə Azərbaycan arasında ikitərəfli münasibətləri inkişaf etdirməkdən ibarət olacaq.
Estoniya XİN-in mətbuat xidmətindən bildirilib ki, diplomat Yap Ora Azərbaycanda həm də biznes sektorunun və Estoniyanın adi vətəndaşlarının mənafeyini təmsil edəcəkdir.
Xarici işlər naziri Urmas Paet jurnalistlərlə söhbətində vurğulayıb ki, Estoniya-Azərbaycan münasibətlərinin qarşılıqlı sərfəli inkişafı üçün yaxşı imkanlar vardır. Paet deyib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.
Ötən həftədən Bakıda olan Yaap Ora Azərbaycanla ikitərəfli iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı ilə məşğul olacaqdır.
Estoniya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində yaradılıb.
Estoniyada sonuncu dəfə əhalini siyahıyaalma rəqəmlərinə əsasən, bu ölkədə 923 azərbaycanlı yaşayır.