YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Azərbaycan OPEC-in noyabrdakı iclasında iştirak edə bilər

Əgər dəvət gələrsə Azərbaycan OPEC-in noyabrın sonunda keçiriləcək iclasında iştirak edəcək.

Bu barədə jurnalistlərə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib. O bildirib ki, Azərbaycan beynəlxalq öhdəliklərə ciddi yanaşır və OPEC-lə əldə olunan bu razılaşma da istisna deyil: "Azərbaycan marağındadır ki, neft bazarı sabit, balanslaşdırılmış olsun və tarazlıq təmin edilsin. Tək bir ölkə bunun öhdəsindən gələ bilməz və beynəlxalq əməkdaşlığa ehtiyac var. Azərbaycan bu təşəbbüsə qoşulub və düşünür ki, bundan sonra da bu istiqamətdə addımlar ata bilər. Vyana sazişi çərçivəsində atılan addımlar özünü doğruldur. Hazırda neft bazarında nisbətən sabitlik yaranıb".