YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat naziri: Səkkiz ayda Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında ticarət dövriyyəsi 40 milyon dollar olub

Azərbaycanda Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrinin 280 şirkəti fəaliyyət göstərir.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 20-də Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrinin biznes-forumunda deyib.

Nazir qeyd edib ki, bu ilin 8 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 40 milyon dollardan çox təşkil edib. Şuraya üzv ölkələr Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar, Azərbaycan tərəfindən bu ölkələrə isə 300 milyon dollar investisiya yatırılıb.