YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir

«Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir. Bu baxımdan, sosial sahənin qanunvericilik bazası da daim nın təkmilləşdirilir». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bunun nəticəsidir ki, ölkədə uğurlu sosial siyasət həyata keçirilir. Onun sözlərinə görə,  Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında sosial sahədə həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.

«Ümumiyyətlə, sosial siyasətin bütün qollarında müsbət meyillər özünü göstərir. Azərbaycanda  dövlət siyasətinin əsas xətti ölkə vətəndaşlarının sosial durumunu yaxşılaşdırmaqdan ibarətdir. Bu yaxşılaşdırmanın özü də ardıcıl olaraq, insanın sosial tələbatının artırılmasına xidmət edir. İnsanların tələbatları ödənə-ödənə yeni tələbatlar meydana çıxır. Bu isə inkişafın ən vacib məqamıdır. Ona görə də, biz bu gün Azərbaycanda gedən bu müsbət dəyişiklikləri xüsusi vurğulamalıyıq»- deyə, komitə sədri vurğulayıb.