YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ebrima Silla: Festival ölkənin region və dünyadakı strateji maraqları üçün çox önəmlidir

Azərbaycan keçmiş sovet ölkələri arasında kifayət qədər inkişaf etmiş dövlətdir. Bu gün ölkəyə gələn çoxsaylı turistlər mineral və digər təbii sərvətlərə qoyulan sərmayənin, burada hökm sürən sabitliyin şahidi olurlar.

Bu sözləri Qambiyanın Radio və Televiziya Xidmətinin direktoru Ebrima Silla Bakı Şopinq Festivalının saytına açıqlamasında deyib.

E.Silla qeyd edib ki, turizmin inkişafı sayəsində Azərbaycan bütün dünyaya açılacaq: “Şopinq festivalları Azərbaycanın böyük iqtisadi potensiallı ölkə kimi tanınmasına şərait yaradacaq. Bu festival ölkəyə çoxsaylı turist və investorun cəlb olunmasına da təkan verəcək. Ölkəyə daha çox xarici valyutanın axması və gənclər üçün daha çox iş yeri deməkdir. Bütün bunlar ölkənin həm regionda, həm da ümumilikdə dünyadakı strateji maraqları baxımından çox önəmlidir”.