YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Rusiyanın Ermənistana silah verməsi regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər

«Rusiyanın Ermənistana silah verməsi  regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər». Bu fikri Avropa Şurası Parlament Assambleyasının komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Ermənistan işğalçı və terrorçu dövlətdir. Onun sözlərinə görə, 25 ildən artıqdır ki, işğalçı siyasəti davam etdirən Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədləri, qətnamələri icra etmir.

«İrəvanın bu cü aşkar surətdə beynəlxalq hüquqa məhəl qoymamasının səbəblərindən biri də işğalçı ölkənin beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən heç bir təzyiqə məruz qalmaması, əksinə bir sıra hallarda dəstəklənməsidir» deyən, millət vəkili qeyd edib ki, Kremlin Ermənistana silah verilməsi ilə bağlı atdığı bu addım da kriminal Sarkisyan rejimini işğalçılıq siyasətini davam etdirməyə şirnikləndirir.

«Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üzvü olan bir dövlət kimi Rusiyanın bu addımı münaqişənin həllinə yönəlmiş danışıqlara da mənfi təsir edə bilər. Ona görə də, Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm də beynəlxalq normalar baxımdan yolverilməzdir»- deyə, S.Qafarova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv