YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilib

Oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, qeyri-neft sektorunun inkişafı, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Ölkəmizin xarici ölkələrdə ticarət evlərinin yaradılmasının, ticarət nümayəndələrinin təyin edilməsinın Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayan Rüfət Məmmədov avstraliyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Azərbaycan-Avstraliya Dostluq Assosiasiyasının prezidenti Con Hammond rəhbərlik etdiyi qurumun fəaliyyəti, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və başqa sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib, ölkələrimiz arasında dostluq, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.

Avstraliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Nizami Cəfərov iştirakçıları palatanın iş adamları arasında yeni əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumatlandırıb.

Sonra AZPROMO-nun əməkdaşı Məhəmməd Xələfov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

Biznes-forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.

DİGƏR Xəbərlər Arxiv