Xəbərlər
İtaliyanın Baş naziri Azərbaycana səfər edəcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/521ec50461cdd3f6bf63cfb946deb4e0.jpg&w=360)
İtaliyanın Baş naziri Matteo Renzi Azərbaycana səfər edəcək. Bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.
Sentyabrın ikinci yarısına planlaşdırılan səfər çərçivəsində Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi ilə bağlı məqamlar diqqət mərkəzində olacaq. Bununla yanaşı, iki ölkə arasında əlaqələrin son durumu, müxtəlif sahələrdə münasibətlərin inkişaf perspektivləri də görüşlərdə əsas müzakirə mövzusu olacaq.