YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransalı senator: Azərbaycan Ermənistana silah tədarükünün beynəlxalq araşdırmasını tələb edə bilər

Rusiya tərəfindən Ermənistana silahların verilməsi Cənubi Qafqazda etimadın pozulmasıdır.

Bunu fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule deyib.

N.Qule bildirib: "Bu həmçinin, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyinin pozulmasıdır".

Fransız senator vurğulayıb ki, bölgənin sülh və təhlükəsizliyə ehtiyacı var: "Cənubi Qafqazda bizə yeni bir cəbhə lazım deyil. Biz etimad yaratmalıyıq. Bizə xarici müdaxilələr lazım deyil".

N.Qule qeyd edib ki, Azərbaycan BMT və ATƏT-dən Ermənistana silahların verilməsi ilə bağlı beynəlxalq araşdırma tələb edə bilər.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

DİGƏR Xəbərlər Arxiv