YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: 9 ayda ölkəmizin sosial-iqtisadi inkişafının nəticələri perspektiv üçün də böyük uğurlar vəd edir

«Bu ilin ötən 9 ayında ölkəmizin sosial-iqtisadi inkişafının nəticələri perspektiv üçün də böyük uğurlar vəd edir». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu müddətdə Azərbaycanın beynəlxalq reytinqi də güclənib. Onun sözlərinə görə, ən mötəbər qurumların beynəlxalq hesabatlarında Azərbaycanın islahatçı ölkə kimi mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

«Doqquz ayın yekunu göstərir ki, sosial sahədə də ciddi nəticələr əld əolunur. Bu dövrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Belə ki, doqquz ay ərzində ölkədə  226 min yeni iş yeri yaradılıb ki, onların 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Dövlət başçısının vurğuladığı kimi bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik. O cümlədən, əsas infrastruktur layihələri də uğurla icra edilib. Bu ilin ötən dövründə  700 kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Eləcə də, Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq görülüb. Ölkəmiz dünya miqyasında bu göstəriciyə görə 35-ci yerdə olmaq tarixi nailiyyətdir. Dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bütün bunlar ölkəmizin uğurlu inkişafının göstəricisidir»- deyə, S.Hüseynova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv