YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Sarkisyan işğal siyasətinə qoyulmasının vacibliyini dərk etməlidir

«Ermənistan başa düşməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə razı olmasa  alternativ yoldan istifadə olunacaq». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin nəzərdə tutulan görüşü müsbət addımdır. Onun sözlərinə görə, Sarkisyan işğal siyasətinə qoyulmasının vacibliyini  dərk etməlidir.

«Çünki işğal siyasəti sona qədər davam edə bilməz. Əgər Ermənistan dinc nizamasalma yolunu istəyirsə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Erməni tərəfi Azərbaycan Ordusunun gücünü ötən ilin aprelində gördü. Onlar xoşluqla sülhə gəlməsələr, yenə də ordumuzun gücü ilə qarşılaşacaqlar»- deyə, E.Məmmədov vurğulayıb.