YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Doqquz ayın yekunları uğurludur

«Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası əlamətdar və yaddaqalan bir iclas oldu». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu dövrün nəticələri göstərdi ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, ölkəmizin beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir. Onun sözlərinə görə, ölkəmizdə  bütün sosial məsələlər öz həllini tapır.

«Ötən müddətdə çox ciddi sosial təşəbbüslər irəli sürülüb, ordu quruculuğu uğurla gedir və biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaq. Dünyada 10 ilə yaxın bir müddət ərzində davam edən maliyyə-iqtisadi böhran, iqtisadi-siyasi-hərbi kataklizmlər fonunda Azərbaycan siyasi, eləcə də, makroiqtisadi sabitliyin qorunub-saxlanılması, Azərbaycanın mürəkkəb proseslərin baş verdiyi dünyada və yerləşdiyimiz bölgədə sabitlik, təhlükəsizlik adasına çevrilməsi deyilənləri əyani şəkildə sübut edir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv