YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Daşkəsəndə işgüzar forum keçirib

Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə 423 min manat güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, üzümçülük, tərəvəzçilik və sair sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 40-dək yeni iş yerinin açılması mümkün olacaq.

Bu barədə oktyabrın 13-də Daşkəsən rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) keçirdiyi işgüzar forumda məlumat verilib.

Forumda rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev, müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə SKMF-nın fəaliyyətinə dair film nümayiş olunub.

Forumda çıxış edən qurumun əməkdaşı Rəsul Rəsulov fond tərəfindən maliyyələşdirilən prioritet sahələr üzrə hazırlanmış nümunəvi investisiya layihələrini təqdim edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək aparılan abadlıq-quruculuq işləri, o cümlədən rayonun sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verib.

İcra hakimiyyətinin başçısı çıxışında Daşkəsən əhalisinin təklifini nəzərə alaraq, rayonda süd emalı müəssisəsinin yaradılmasına ehtiyac olduğunu diqqətə çatdırıb. Bildirilib ki, süd emalı zavodunun yaradılması Daşkəsənin süd məhsullarına olan daxili tələbatını 100 faiz öz yerli istehsalı hesabına təmin etməklə yanaşı, həm də rayonda ailə-fermer təsərrüfatlarının yaranmasına, heyvandarlığın inkişafına böyük töhfə verəcək.

Sonra çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, bu ilin ötən dövründə 1326 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 97 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4 minədək yeni iş yerinin açılmasına imkan yaradıb.

Daha sonra sahibkarlarla müzakirələr aparılıb. Fond tərəfindən Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, kartofçuluq, arıçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin və hotelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv