YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞ PA-nın türkiyəli üzvü Azərbaycanla bağlı qəbul edilən qətnamələri qalmaqallı adlandırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərbaycanla bağlı qalmaqallı qərarlar qəbul olundu.

Bunu Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Əminə Nur Günay deyib.

O, sessiyada bir sıra qalmaqallı qərarların qəbul olunduğunu bildirib:

"Daha bir qalmaqallı qərar isə Azərbaycanla bağlı qəbul edildi. Bu, Türkiyə haqqında verilən qərara bənzər bir qərar idi".

Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında həqiqətə uyğun olmayan fikirlərin yer aldığı “Azərbaycanda demokratik təsisatların vəziyyəti" və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamələr qəbul edilib.