YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: İslam sülh və əmin-amanlığa xidmət edən, insanları və xalqları qardaşlaşdıran dindir

«İslam sülh və əmin-amanlığa xidmət edən, insanları və xalqları qardaşlaşdıran dindir». Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, hazırda dünyada bəzi dairələr tərəfindən İslam dini əleyhinə qərəzli təbliğat aparılır, İslamı terrorla eyniləşdirmək cəhdləri edilir. Onun sözlərinə görə, əgər İslam dini düzgün təbliğ edilsə, “Quranı-Kərim” düzgün öyrənilsə, onun ayələrinin mənası insanlara doğru çatdırılsa dünya ictimaiyyəti asanlıqla terrorçu fəaliyyətlərin qarşısını ala bilər.

«İslam həmrəyliyi təşəbbüsü olduqca geniş məna kəsb edir və bu təşəbbüs bütün İslam dünyası üçün böyük əhəmiyyət daşıyır. Müsəlman dünyasının qarşılaşdığı haqsızlığa qarşı birgə mübarizəyə ehtiyac var. Bu məsələdə İslam maarifləndirilməsi günün aktual tələbidir ki, İslam həmrəyliyi bu məsələni də özündə əks etdirir. İslam xalqlarının ortaq mədəniyyətlərinin bölüşdürülməsi, xalqlarımızın müasir həyatını əks etdirən əsərlərin yazılması kimi məsələlər də İslam həmrəyliyinin tərkib hissəsidir. Prezident İlham Əliyevin İslam həmrəyliyi istiqamətində göstərdiyi təşəbbüs, dövlətimizin başçısının qəbul etdiyi qərarlar müsəlman ölkələri arasında iqtisadi, mədəni və humanitar əlaqələrin də möhkəm təməl üzərində qalmasına əsasdır»- deyə, G.Baxşəliyeva vurğulayıb.