YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pentaqon nümayəndəsi: ABŞ terrorizmlə mübarizədə Azərbaycanı vacib tərəfdaş hesab edir

Amerika Birləşmiş Ştatları-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm. ABŞ terrorizmlə mübarizədə Azərbaycanı vacib tərəfdaş hesab edir.

Bu sözləri ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. Azərbaycan əsgərləri Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təminatına töhfə verir”, - deyə xanım Kuper əlavə edib.

Səfər çərçivəsində bir sıra görüşlər keçirdiyini deyən qonaq bu görüşlərdə ABŞ-ın Əfqanıstanda və Cənubi Asiyada sülhməramlıların yerləşdirilməsinə dair tətbiq etdiyi yeni yanaşma ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib.