YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənc alim və mütəxəssislər üçün beynəlxalq elmi konfrans keçiriləcək

Bakı şəhərində “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I beynəlxalq elmi konfransı keçiriləcək. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, konfrans 15-16 oktyabr tarixlərdə təşkil olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə dünyanın 50-dən çox ölkəsindən gənc alimin iştirakı gözlənilir.