YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bu ilin ötən dövrü yeni mərhələdə islahatların uğurla həyata keçirilməsi ilə yadda qaldı

«Bu ilin ötən dövrü yeni mərhələdə islahatların uğurla həyata keçirilməsi ilə yadda qaldı». Bu fikri Milil Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dünyada hökm sürən maliyyə böhranının fonunda, ölkəmizdə bir sıra sahələr üzrə əldə olunan nailiyyətlər çox sevindiricidir. Millət vəkili  ən əsası sahbikarlığın inkişafına verilən dövlət dəstəyinin, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin gələcək inkişafımızda mühüm əhəmiyyət daşıyacağını qeyd edib.

 «Cənubi Qafqaz regionunun əsas iqtisadi aktoru sayılan ölkəmiz qeyri-neft sektorunun inkişafı, təşviqi ilə bağlı mühüm uğurlara imza atıb. Qarşıdan gələn il ölkəmizdə turizmlə bağlı daha yüksək göstəricələr əldə olunmasını proqnozlaşdırmağa imkan verir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, ən əsası isə sahibkarların və xüsusilə kənd təsəfrrüfatı sahəsində çalışan sahibkarların fəaliyyəti üçün mühüm stimullaşdırıcı addımların atılması, fərman və sərəncamların imzalanması qarşıdakı dövrlərdə öz nəticələrni ortaya qoymuş olacaq. Bu gün öz ərzaq təhlükəsizliyinin təminatı yönündə əməli fəaliyyət nümayiş etdirən dövlətimiz bir sıra sahələrin yenidən dirçəlişinə nail olub. Bu istiqamətdə pambıqçılıq, üzümçülük sektoru daha çox canlanmaya qədəm qoyur. İnanıram ki, yaxın zamanlarda Azərbaycan artıq dünya bazarlarında öz məhsulları ilə daha da çox tanınacaq»-deyə, deputat qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv