YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR: "Cənub Qaz Dəhlizi"nin bütün seqmentləri qrafik üzrə həyata keçirilir

"Cənub Qaz Dəhlizi" layihəsinin bütün seqmentləri qrafik üzrə həyata keçirilir.

Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan dünyada enerji resurslarının etibarlı tədarükçüsü kimi tanınır: "Bu, həm neft, həm də qaz tədarükünə aiddir. SOCAR-ın həyata keçirdiyi layihələr dünya iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib".

R.Abdullayev Azərbaycanın neft və qaz hasilatı sahəsində iri layihələrindən də danışıb: "Şahdəniz" yatağında ildə 9 milyard kubmetr səviyyəsində stabil hasilatı təşkil edə bildik. Yatağın işlənməsinin ikinci mərhələ çərçivəsində hasilat daha 16 milyard kubmetr artacaq".