Xəbərlər
Azərbaycan MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında təmsil olunacaq

Azərbaycan MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında təmsil olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 11-də Tacikistanın paytaxtı Düşəndə şəhərinə yola düşüb.