YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Ermənistan inkişaf etmək istəyirsə, işğalçılıq siyasətinə son qoymalıdır

«Cənubi Qafqaz regionunun inkişafı, həyata keçirilən bütün layihələr yalnız Azərbaycanın iştirakı və dəstəyi ilə mümkündür. Bu reallıq beynəlxalq miqyasda da qəbul olunur». Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycan işğalçı Ermənistanı bütün transmilli layihələrdən kənarda qoyub. Onun sözlərinə görə, əgər Ermənistan inkişaf etmək istəyirsə, işğalçılıq siyasətinə son qoymalıdır.

«Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxararsa, o zaman bu ölkənin gələcək inkişafı üçün perspektivlər də açılar. Bu gün Ermənistanın Azərbaycanla və digər dövlətlərlə ultimatum, hədə-qorxu, terror dilində danışması tamamilə bu ölkənin əleyhinədir və belə mövqeyin heç bir perspektivi yoxdur. Böyük dövlətlər də anlayırlar ki, işğalçı mövqeyindən çəkinmək üçün Ermənistana artıq təzyiqlər göstərilməlidir. Münaqişənin həlli ilə bağlı  Azərbaycan dövləti öz mövqeyini dəfələrlə ifadə edib və Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır»- deyə, deputat vurğulayıb.