YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda dəyirmi masa keçirilib

“Səs” qəzetinin təşkilatçılığı ilə  Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar olaraq “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda  dəyirmi masa keçirilib. 

Dəyirmi masada əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra "Səs" qəzetinin Yeni Azərbaycan Partiyasının 25 illik şərəfli fəaliyyəti ilə bağlı hazırladığı sənədli film nümayiş olunub.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs ediblər. Bildirilib ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.