YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə naziri Samir Şərifov Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik toplantısında iştirak edəcək

Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik toplantısında iştirak edəcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, illik toplantı oktyabrın 11-15-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.

DİGƏR Xəbərlər Arxiv