YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq sazişin layihəsi üzrə danışıqların gedişi müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov yeni sazişin siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələri əhatə etdiyini, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaratdığını diqqətə çatdırıb. Tərəflər Aİ və Azərbaycan arasında açıq səma sazişi üzrə danışıqların da uğurla davam etdiyini bildiriblər.

Jan-Kristof Belliard ölkəmizdə mövcud olan stabilliyi və iqtisadi sahədə aparılan islahatları, o cümlədən “ASAN xidmət”in fəaliyyətini təqdir edib.

Görüşdə, həmçinin Avropa İttifaqı siyasi və təhlükəsizlik komitəsinin və üzv ölkələrin səfirlərinin Azərbaycana səfəri, sözügedən nümayəndə heyətinin dövlətimizin başçısı tərəfindən qəbulu, aparılmış səmimi və geniş müzakirələrə toxunulub, bu səfərin Aİ və Azərbaycan arasında dialoqun inkişafına mühüm töhfə verdiyi bildirilib.

Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib, münaqişənin tezliklə həlli və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüşdə beynəlxalq gündəlikdə duran aktual məsələlər, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə qarşıdan gələn Zirvə toplantısı barəsində fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv