YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Həyata keçirilən islahatlar bütün sahələrin paralel tərəqqisini təmin edib

«Azərbaycanın müasir, demokratik ölkə kimi davamlı inkişafını, beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edən mühüm amillərdən biri iqtisadi və siyasi islahatların paralel həyata keçirilməsidir. Bunun qanunauyğun nəticəsidir ki, ölkəmiz beynəlxalq miqyasda spesifik inkişaf yoluna malik olan müasir və demokratik ölkə kimi tanınır». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, iqtisadi inkişaf sahəsində görülən işlər, həyata keçirilən yeni nəsil islahatlar bütün sahələrin paralel tərəqqisini təmin edib. Onun sözlərinə görə, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər müxtəlif sahələrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmaqla yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb.

«Bunlarla yanaşı, neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Eləcə də, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər iqtisadi siyasət çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyini təmin edib. Hazırda sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda, qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, bir çox sahələrdə davamlı inkişaf göstəricilərinin qeydə alınması ölkəmizin tərəqqi yolunda olduğunu göstərir. Bütün bunların qanunayğun nəticəsi kimi, ölkəmizdə həm də etibarlı sərmayə mühiti formalaşıb»- deyə, deputat vurğulayıb.