YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Gənclərin peşə təhsilinə marağı artıb

«Azərbaycanda peşə təhsili sistemini inkişaf etdirmək üçün zəruri tədbirlər görülür. Bu sahədə ilk dəfə olaraq qanun hazırlanır». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

İ.Həbbibəyli bildirib ki, yaxın vaxtlarda ölkəmizdə peşə təhsili rəqabətədavamlı sahələrdən birinə çevriləcək. Onun sözlərinə görə, son illər həyata keçirilən islahatlar nəticəsində gənclərin peşə təhsilinə marağı nisbətən artıb.

«Bu il peşə təhsilinə qəbulun nəticələri əsasında ilk peşə təhsili müəssisələrində qəbul planının tam dolması, cüzi yerlərin qalması gənclərin bu sahəyə olan maraqlarını təsdiq edir. Bunu nəzərə alaraq, Azərbaycanda ilk dəfə Milli Məclis tərəfindən “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb. Burada peşə təhsilinin inkişafı, lisenziyalaşdırılması, dövlət və özəl sahələrin birgə əməkdaşlığı, məzunların işlə təminatı, bu sahəyə dair Strateji Yol Xəritəsinin əsas istiqamətləri və digər məsələlər əksini tapıb»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv