YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Prezidenti GUAM xarici işlər nazirlərini qəbul edib

Oktyabrın 8-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili GUAM ölkələrinin xarici işlər nazirlərini qəbul edib.

Görüşdə GUAM-ın 20 illik yubileyi və Gürcüstanın bu təşkilata sədrliyi dövründə görülən işlərdən danışılıb. Prezident qeyd edib ki, GUAM çərçivəsində əməkdaşlığın inkişafı əsas prioritetlərdəndir.

Marqvelaşvili deyib: “GUAM formatında elə qətiyyətli addımlar atılmalıdır ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənsin və beynəlxalq arenada söz sahibi olaq”.

Onun sözlərinə görə, GUAM çərçivəsində elə addımlar atılmalıdır ki, Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın qarşılaşdıqları problemləri uğurla həll etmək mümkün olsun.

Görüşdə regional təhlükəsizlik, sənaye sahəsində əməkdaşlıq və qarşılıqlı münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.