YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Qlobal təhdidlərə qarşı dünya birliyi vahid mövqedən çıxış etməlidir

«Kataloniyada baş verən hadisələrə separatçılıqdan başqa ad vermək mümkün deyil». Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, İspaniyada baş verən hadisələr Avropa qarşısında çox təhlükəli bir çağırışdır. Onun sözlərinə görə, əgər vaxtında Qərb ölkələri və beynəlxalq təşkilatlar dünyanın ayrı-ayrı nöqtələrində separatizm meyillərinə etinasız yanaşmasaydılar, indi bütün bunlar baş verməzdi.

«Dünyanın heç bir ölkəsində hər hansı regionda yaşayan etnik qrup birtərəfli qaydada referendum keçirə bilməz. Başqa ölkələrdə separatçılığa dəstək verənlər sabah özləri də separatizmlə üz-üzə qalacaqlar. Vaxtilə Dağlıq Qarabağ münaqişəsində bir sıra ölkələrin separatçı və işğalçı ermənilərin başlarını sığallaması və de-fakto dəstəkləməsi onların özlərinə çox baha başa gəlir. Ona görə də belə qlobal təhdidlərə qarşı dünya birliyi vahid mövqedən çıxış etməlidir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv