YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Davudoğlu: Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə üçün strateji məsələdir

Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə hökuməti üçün strateji məsələdir. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkə parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra Türkiyə Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün addımlar atacaq.

Türkiyənin Baş naziri Ermənistanı tarixi hadisələrin girovu olmamağa, həmçinin ikitərəfli münasibətlərin normallaşması üzrə Ankaranın təkliflərini rədd etməməyə çağırıb.