YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Avropa Şurası baş katibinin təklifi dəstəklənməyəcək

«Avropa Şurasının baş katibi Yaqlandın Azərbaycanla bağlı səsləndirdiyi təklif Avropa Şurası Nazirlər Komitəsindən dəstək almayacaq». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Yaqland bunu təklif kimi səsləndirə bilər, amma onun qərar vermək səlahiyyəti yoxdur. Onun sözlərinə görə, əslində siyasi təzyiqləri digər dövlətlərə də edirlər, lakin bu dəfə bu mövzuda diqqət mərkəzində Azərbaycan oldu.

«Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı minlərlə qərarlar var ki, onlar icra olunmur. Ancaq Yaqland nümunə kimi Azərbaycanı cəzalandırmaq fikrinə düşüb. Hesab edirəm ki, Avropa Şurası baş katibinin buna gücü çatmayacaq və Nazirlər Komitəsində Yaqlandı dəstəkləməyəcəklər»- deyə, deputat qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv