YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev milli komandamızın çempionatdakı sonuncu oyununa baxıb

Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatında üçüncü yer uğrunda görüş keçirilib.

Çempionatın bürünc medalları uğrunda Milli Gimnastika Arenasında Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev komandaların oyununa baxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci setində üstün oyun nümayiş etdirən Azərbaycan millisi 25:22 hesabı ilə qalib gəlib. Komandaların böyük əzmkarlıq göstərdikləri ikinci setdə Türkiyə voleybolçuları 21:25 hesabı ilə üstün olublar. Beləliklə, ümumi hesab bərabərləşib – 1:1. Qarşılaşmanın üçüncü seti təşəbbüsə yiyələnən Türkiyə yığmasının üstünlüyü ilə başa çatıb – 14:25. Dördüncü setdə də qalib gələn (8:25) Türkiyə millisi ümumi hesabda qələbə qazanıb - 3:1. Beləliklə, Türkiyə voleybolçuları Avropa çempionatının bürünc medallarına sahib olublar.

Azərbaycan milli komandası çempionatı dördüncü sırada başa vurub.

Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları indiyədək Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış ediblər.