YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə bu ölkənin milli bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Biz Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasındakı siyasi təmasların yüksək səviyyəsi, iqtisadi sahədə qarşılıqlı surətdə faydalı əməkdaşlığımız, daim genişlənən humanitar, mədəni əlaqələrimiz ikitərəfli münasibətlərimizin səciyyəvi cəhətlərindəndir.

İnanıram ki, ölkələrimizi birləşdirən dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli müstəvidə qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və firavanlıq diləyirəm.”