YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Milli Olimpiya Komitəsi çox böyük və şərəfli yol keçib

“Azərbaycanın Milli Olimpiya Komitəsinin yaranmasının 25 illiyi tamam olur. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev isə 20 ildir Komitənin rəhbəridir. Bu müddətdə Milli Olimpiya Komitəsi çox böyük və şərəfli yol keçib”.

Bunu jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.

O qeyd edib ki, Milli Olimpiya Komitəsinin yaranmasından sonra Azərbaycan idmanında nailiyyətlər, medallar ildən-ilə artıb, yüksək nəticələr əldə olunub: “İdmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edib, medallar qazanıblar. Ölkəmizdə çox böyük yarışlar və tədbirlər keçirilib. Azərbaycan dünyada idman paytaxtı kimi məşhurlaşıb. Ölkəmiz idman vasitəsi ilə dünyada daha çox tanınıb”.

Bu gün həm də Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumunun işə başladığını bildirən nazir, bu tədbirin çox gözəl imkanlar yaratdığını diqqətə çatdırıb: “Keçmiş SSR ölkələrinin bir araya gəlməsi və müxtəlif ideyaların müzakirəsi, idmançılar üçün vacib olan yarışlar, seminarlar və digər sahələrdə müzakirələr çox vacibdir. Bu forumda maraqlı ideyalar öz əksini tapacaq”.

A.Rəhimov, həmçinin Bakıda Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasının da keçirildiyini vurğulayıb. O, bu tədbirdə çox vacib və önəmli qərarların qəbul ediləcəyini deyib.