YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseyn Müftüoğlu: Türkiyə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək

Dörd Türkiyə vətəndaşının Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri rəsmi qurumlarla məsləhətləşmədən həyata keçirilib.

Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu Anadolu agentliyinin sorğusuna cavab olaraq bildirib. Bu səfərin heç bir halda Türkiyənin rəsmi mövqeyini əks etdirmədiyini deyən sözçü “Türkiyə bu haqlı mübarizədə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”, - deyə bildirib.

O, Türkiyənin Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün azərbaycanlı qardaşları ilə birgə çalışdığını əlavə edib.