YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Biz Avropa Şurası qarşısında tələblər irəli sürməliyik

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, MM-in komitə sədri  Siyavuş Novruzov Avropa Şurası baş katibinin Azərbaycanda guya “siyasi məhbusların” mövcudluğu ilə bağlı fikirlərinə münasibət bildirərkən qeyd edib: “ Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olaraq, bu təşkilat çərçivəsində səmərəli fəaliyyəti ilə seçilib. Gündəmə çıxarılan bütün məsələlərə dair öz müstəqil mövqeyi və rəyi ilə münasibət sərgiləyib. Məsələn, AŞPA-da təmsil olunan və ərazi bütövlüyü təhdid altında olan hər hansı bir dövlətin mövqeyini dəstəkləyən bəyanatlar verilib, beynəlxalq terrorizmə, insan alverinə və s. məsələlərlə bağlı münasibətlər bildirilib, demokratiyanın inkişafı üçün verilən bütün layihələrə dəstək göstərib, eləcə də təşəbbüslərlə çıxış edib, o cümlədən, digər faktorlar var ki, Azərbaycan tərəfi daim onları diqqətdə saxlayıb. Lakin təəssüflər olsun ki, bütün bunları görməzlikdən gələn Turbyern Yaqland və ona dəstək göstərən bəzi ermənipərəst deputatlar Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən çirkin kampaniyaların tərkib hissəsində yer almaqda davam edirlər. Bu isə əlbəttə ki, yolverilməzdir. Ona görə ki, qeyd etdiklərim fikirlərin qarşılığında Azərbaycan AŞ-da daim təzyiqlə, ikili standartlarla üzləşib. Məhz bu səbəbdən, bayaq da qeyd etdiyim kimi, minnət, yaxud da sərt münasibət dili ilə onlar deyil biz danışmalıyıq və biz AŞ qarşısında tələblər irəli sürməliyik.”

DİGƏR Xəbərlər Arxiv