YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

VIII Rusiya-Azərbaycan Regionlararası Forumunun proqramı açıqlanıb

Sentyabrın 28-də Stavropolda keçiriləcək VIII Rusiya-Azərbaycan Regionlararası Forumunun proqramı açıqlanıb. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən forum “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusuna həsr olunub.

Forumda sənaye, kənd təsərrüfatı, səhiyyə, əczaçılıq, turizm və humanitar sahələrdə regionlararası qarşılıqlı əlaqələrin dərinləşdirilməsi məsələlərinə baxılacaq. Həmçinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri üçün kontakt birjalarının keçirilməsi planlaşdırılır.

Forumun plenar iclasında RF iqtisadi inkişaf naziri Maksim Oreşkinin, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və digər rəsmi şəxslərin iştirakı gözlənilir.

Forum çərçivəsində “Sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı” mövzusunda “dəyirmi masa” keçiriləcək. Burada uzunmüddətli qarşılıqlı əlaqələrin bünövrəsi kimi Rusiya və Azərbaycanın sənaye potensialının inkişafı, həmçinin istehsal müəssisələrinin sənaye kooperasiyasının inkişafı, sənaye sahəsində birgə layihələrin reallaşdırılması məsələləri müzakirə ediləcək, Rusiyanın və Azərbaycanın sənaye klasterlərinin və texnoparklarının potensialının və təcrübəsinin təqdimatı keçiriləcək.

İnvestisiyaların cəlb edilməsinin mühüm amili olan turizmin inkişafına həsr edilən “dəyirmi masa”da Rusiyanın və Azərbaycanın regionlarının turizm potensialının təqdimatı olacaq, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsindən, turist axını mübadiləsinin yaradılmasından danışılacaq.

“Səhiyyə sahəsində Rusiya-Azərbaycanın əməkdaşlığı” mövzusunda təşkil olunacaq “dəyirmi masa”nın iştirakçıları isə səhiyyənin innovativ inkişafını və səhiyyə sisteminin maliyyələşdirilməsi məsələsini müzakirə edəcəklər.

Digər “dəyirmi masa”da humanitar sahədə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi imkanları nəzərdən keçiriləcək, təhsil müəssisələrinin proqramlarının təqdimatı olacaq. “Dəyirmi masa”da gənclərin əməkdaşlığının fəallaşdırılması, Rusiya-Azərbaycan ali təhsil təşkilatları assosiasiyaları arasında ikitərəfli əməkdaşlığın inkişafı, təhsil, elm, mədəniyyət və idman sahələrində layihələrin reallaşdırılması və digər məsələlər müzakirə ediləcək.

İki ölkənin aqrar sektorunun nümayəndələri aqrar-sənaye kompleksində ikitərəfli əməkdaşlığın inkişafına həsr olunan “dəyirmi masa”da toplaşaraq birgə layihələrin reallaşdırılması təcrübəsini bölüşəcəklər. Həmçinin aqrar sahədə regionların investisiya layihələrinin təqdimatı keçiriləcək, bu sahədə əməkdaşlığın inkişaf mexanizmləri müzakirə ediləcək, kiçik və orta biznes sahələrində təcrübə mübadiləsi aparılacaq.

Forumda Stavropol diyarının qubernatoru Vladimir Vladimirovun, Arxangelsk vilayəti qubernatorunun müavini Viktor İkonnikovun, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkovun və başqalarının iştirakı nəzərdə tutulur.