YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə fəal iştirak edirlər

«Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Gənclərimiz beynəlxalq platformalarda özlərinin xarici həmkarları ilə nəinki baş-başa mübarizə apara bilir, bəzi hallarda isə onları üstəliyə bilirlər». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, ötən dövr ərzində Azərbyacanda kifayət qədər savadlı, geniş dünyagörüşlü gənclik formalaşıb.

«Sevindirici tərəf ondan ibarətdir ki, gənclərimiz xaricdə yalnız müxtəlif tədbirlərdə iştirak etmirlər, eyni zamanda onlar müxtəlif beynəlxalq təşkilatların idarə heyətində də yer alırlar. Bu gün onlarla Azərbaycan gənci bir sıra beynəlxalq təşkilatların idarə heyətlərinin üzvləridirlər. Onlar artıq dünyanın müxtəlif regionlarında bu və ya digər siyasətin formalaşmasında birbaşa iştirak edirlər. Əminəm ki, qarşıdakı illərdə daha çox Azərbaycan gənci beynəlxalq platformalarda təmsil olunacaq»- deyə, Ş.İsmayılov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv