YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Ölkəmizə vacib olan məsələ torpaqlarımızın tezliklə işğaldan azad edilməsidir

«Azərbaycan böyük sülh sazişinin imzalanmasına tam hazırdır. Çünki dövlətimizin münaqişənin həlli  ilə bağlı substantiv danışıqların aparılmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, beynəlxal müstəvidə bu haqda çağırışlar olsa da, erməni tərəfi hələ heç sülh sazişinin müzakirəsinə hazır deyillər. Onun sözlərinə görə,  bu vaxta kimi Ermənistan konkret sülh sazişinə baxılmasından boyun qaçırır.

«Ermənilər daim təkid edirlər ki, prinsiplər əvvəlcədən razılaşdırılsın, ardınca sazişə nə vaxtsa qoşulmaq barədə düşünmək olar. Azərbaycana isə Ermənistanın istəyi və onları bu məsələdə dəstəkləyən qüvvələrin hansısa güzəştə getməsi lazım deyil. Ölkəmizə vacib olan məsələ torpaqlarımızın tezliklə işğaldan azad edilməsidir»- deyə, deputat qeyd edib.